- Baxış sayı: 35
- 22 İyun 2026 17:20
- Baxış sayı: 63
- İyun 22, 2026
- 0

“Şamaxı”nın futbolçusu Adil Nağıyev premyer liqasının yeni mövsümünün ilk avtoqolunun müəllifi olub. Allsport.az saytı xəbər verir ki, o, 10-cu turda “Qəbələ” ilə 1:1 başa çatan ev oyununda topu öz qapısına vurub. Müdafiəçi bununla da öz antirekordunu təkrarlayıb. Adil ölkə çempionatlarında 3-cü avtoqolunu edib.
4 ildən sonra yenə öz qapısına qol vuran Nağıyev ən çox avtoqol edən oyunçular sırasında qoşulub. O, 3 belə üzüntü yaşayan 8-ci futbolçudur.
Ona Denis Silva, Jairo Rodriges, Ayxan Abbasov, Saşa Yunisoğlu, Natiq Qasımov, həmçinin karyerasını hələ də premyer liqada davam etdirən Bədavi Hüseynov və Ruslan Abışov da 3 avtoqol müəllifidirlər.