AFFA neçə klubu cərimələdi?

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 5-ci turunda qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Şamaxı” – “Turan Tovuz” oyununda Şamaxı şəhər stadionunda təcili tibbi yardım maşınının oyuna gecikməsi səbəbindən, klub 800 manat cərimələnib.

“Sabah” – “Səbail” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün, komanda 1600 manat ziyana düşüb.

“Kəpəz” – “Qarabağ” oyununda Qəbələ şəhər stadionunda təcili tibbi yardım maşınının oyuna gecikməsinə görə, şərti ev sahibi 800 manat cərimə olunub.

Qəbələ şəhər stadionunda qonaq azarkeşlər pirotexniki vasitələrdən istifadə etdiyi üçün, klub 800 manat cərimələnib.

“Kəpəz” klubunun futbolçusu Tural Rzayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, Gəncə təmsilçisi 1600 manat ziyana düşüb.

Həmin kateqoriyadan