Aftandil Hacıyev: Bu mövsüm vacib qələbəmizi qazandıq

“Səbail” premyer liqanın 26-cı turunda “Qəbələ”yə 2:1 qalib gəlməklə bürünc medala bir addın da yaxınıaşıb. Allsport.az saytı xəbər verir ki, “dənizçilər”in baş məşqçisi Aftandil Hacıyev oyunu belə dəyərləndirib:

“Komandanı təbrik etmək istəyirəm. Bu mövsüm vacib qələbəmizi qazandıq. Oyundan əvvəlki gərginlik hər 2 komandada hiss olunurdu. Amma səbrli, təmkinli oynayıb nəticə qazandıq.

Təəssüf etdiyim məqam odu ki, Aleksandr Rıbka zədələndi. Sabah tibbi müayinədən sonra vəziyyəti müəyyənləşəcək. Azarkeşlərimizə də təşəkkür edirəm. Hər oyun onların sayının artdığını görürük”.

Həmin kateqoriyadan