Millimizin rəqibinin heyətində itki

Millimizin rəqibinin heyətində itki

UEFA millətlər liqasında Azərbaycan yığmasının rəqibi olan Lixtenşteynin heyətində ciddi itki baş verib.

Allsport.az xəbər verir ki, kapitan Nikolas Hasler sıradan çıxıb.

“Vaduts”da çıxış edən 35 yaşlı yarımmüdafiəçi İsveçrə çempionatının “Sion”la oyununda zədələnib. Onun əvəzinə milliyə Manuel Mikusu dəvət olunub.

Lixtenşteyn – Azərbaycan qarşılaşması noyabrın 13-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Həmin kateqoriyadan