““Real” hazırda hamıdan üstündür”

““Real” hazırda hamıdan üstündür”

“Real”ın müdafiəçisi Mark Kukurelya komandasının hazırda Avropanın ən yaxşısı olduğunu düşünür.

Allsport.az xəbər verir ki, ispaniyalı futbolçu “kral klubu”nun inamlı çıxış etdiyini dilə gətirib:

“Hazırda Avropanın ən yaxşı komandası olduğumuzu düşünürəm. Yaxşı formadayıq, bir çox uğurlu oyun keçirmişik. Komanda çox inamlı təsir bağışlayır”.

O, “Real”ın PSJ-dən daha yaxşı formada olub-olmadığı ilə bağlı suala da münasibət bildirib. Müdafiəçi Paris təmsilçisinin güclü heyətə malik olduğunu və uzun illərdir eyni layihə üzərində çalışdığını söyləyib. Bununla belə, hazırda “Real”ı daha güclü hesab etdiyini vurğulayıb.

Həmin kateqoriyadan