Aftandil Hacıyev: Çalışacağıq ki, səhvlərdən nəticə çıxaraq

Bolqarıstanda təlim-məşq toplanışında olan “Səbail” yoxlama oyununda “Beroe” ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Aftandil Hacıyev 0:4 hesabı ilə məğlubiyyəti belə şərh edib:

“Toplanış çərçivəsində ikinci oyunumuz idi. Bildiyiniz kimi, təcrübəli futbolçularımızın bir neçəsi təlim-məşq toplanışına gec qoşulublar. Ona görə, hələ tam formalaşa bilməmişik. Bolqarıstan komandaları bizdən fərqli olaraq, hazırlığın son mərhələsindədirlər, bizdən daha hazırlıqlıdırlar.

Bu oyunda qol epizodlarımız çox oldu, hesab daha fərqli ola bilərdi. İkinci hissədə futbolçular nə qədər səy göstərsələr də, rəqibin qapısından topu keçirə bilmədilər. Lakin futbolçularımızın bəzi səhvlərindən rəqib komanda yararlandı və qalib gəldi. Çalışacağıq ki, bu oyunda etdiyimiz səhvlərdən nəticə çıxaraq”.

Həmin kateqoriyadan