- Baxış sayı: 87
- 25 Noyabr 2026 23:57
- Baxış sayı: 655
- Noyabr 20, 2026
- 0

Portuqaliya Premyer liqasında 4-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Emin Mahmudovun formasını geyindiyi “Boavişta” səfərdə “Braqa” ilə qarşılaşıb.
Qonaqlar bu görüşdən məğlubiyyətlə ayrılıblar – 0:3. Futbolçumuzun adı matçın iştirak ərizəsinə daxil edilməyib. “Ağ-qara xanalı bəbirlər” 4 turdan sonra 5 xalla 18 klub arasında 10-cu pillədədir.