“Klubun ona ehtiyacı var”

“Klubun ona ehtiyacı var”

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo hücumçu Endrikin komandadakı gələcəyi ilə bağlı danışıb.

Allsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 20 yaşlı futbolçunun mümkün transferi barədə suala belə cavab verib:

“Endrik burada özünü çox yaxşı göstərir. Mənim üçün “Real Madrid” Endrikdən daha vacibdir. Ona çox yaxşı münasibət bəsləyirəm, o, fantastik futbolçudur. Amma “Real Madrid” daha önəmlidir. Bu isə o deməkdir ki, klubun ona ehtiyacı var.

Cavabınız budur. Həm bu cür xəbərləri yayanlar, həm də həmin məlumatları yayan agentlər cavablarını aldılar. “Real Madrid”in baş məşqçisi və klub adından danışaraq deyə bilərəm ki, Endrikin mənim üçün nə qədər vacib olduğunu hamımız bilirik”.

Həmin kateqoriyadan