AİJ İB və “Report” arasında görüş

İdman jurnalistləri ictimai birliyi ilə “Report” informasiya agentliyi arasında tanışlıq xarakterli görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda AİJ İB-nin sədri Azər İsmayıl, idarə heyətinin üzvü Şəmsəddin Abbasov, qarşı tərəfdən MMC-nin direktoru Fuad Hüseynəliyev, agentliyin baş redaktoru Murad Əliyev və idman departamentinin redaktoru Zaur Xudiyev iştirak ediblər.

Söhbət zamanı “Report”un idmana xüsusi diqqəti vurğulanıb, idman jurnalistlərini özündə birləşdirən təşkilatın məqsədləri və gələcək planları haqqında danışılıb. Hər iki tərəfdən bir sıra istiqamətlər üzrə qarşılıqlı əməkdaşlıq barədə təkliflər səsləndirilib, bəzi ortaq layihələrin həyata keçirilməsi üçün danışıqlar aparılıb. Qərara alınıb ki, bununla bağlı konkret planlar hazırlansın və münasibətlər rəsmiləşdirilsin.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish