Aleksey Baqa: Komandanın göstərdiyi əzmkar oyundan razı qaldım

“Sumqayıt” ölkə kubokunun 1/4 finalının cavab oyununda Qəbələdə eyni adlı komanda ilə 1:1 (ilk oyun – 0:1) edərək, yarışla vidalaşıb. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Aleksey Baqa bunu deyib:

“Cavab oyunu ilk oyundan fərqli olaraq daha maraqlı keçdi. Komandamın xüsusi ilə ikinci hissədə hücumlara daha yaxşı çıxdığını, rəqib üzərində təzyiq yaratdığını vurğulamalıyam.

Nəticə bizi qane etməsə də, komandanın göstərdiyi əzmkar oyundan, müsbət oyun dinamikasından razı qaldım. Komandamın oyundan oyuna inkişaf etdiyi görünür. “Qəbələ”ni də növbəti mərhələyə yüksəlməyi münasibəti ilə təbrik edirəm”.

Həmin kateqoriyadan