Arda Turan futbolla vidalaşdı

Türkiyə millisinin keçmiş üzvü Arda Turan futbolçu karyerasını başa vurduğunu elan edib.  Allsport.az saytı xəbər verir ki, o, rəsmi sosial şəbəkə səhifəsində açıqlama yayıb.

“Artıq gözyaşları içində, amma cəsarətlə butsları divardan asmağın vaxtı gəldi. Bütün karyeram boyu əlimdən gələn ən yaxşı şeyləri etməyə çalışdım. Və məncə, pis alınmadı. Yenidən hazıram. Futbolun içində, artıq meydandan kənarda yenidən görüşənədək”.

Yarımmüdafiəçi karyerasını 35 yaşında başa vurub. O, peşəkar futbolçu kimi “Qalatasaray”, “Manisaspor”, “Atletiko”, “Barselona” və “İstanbul Başağşəhər”də çıxış edib. Ardanın sonuncu klubu (2020-22-ci illər) yetirməsi olduğu “Qalatasaray” olub. O, 2006-2017-ci illərdə Türkiyənin əsas milli komandasında 100 oyunda meydana çıxıb və 17 qol vurub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish