- Baxış sayı: 108
- 12 Noyabr 2026 14:59
- Baxış sayı: 410
- Noyabr 09, 2026
- 0

“Ordu” voleybol komandası CEV Çelenc kubokunda növbəti mərhələyə yüksəlmək üçün cavab oyununa çıxacaq.
Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi noyabrın 19-da 1/32 final mərhələsinin cavab görüşündə Norveçin “Forde VBK” komandası ilə qarşılaşacaq.
Gənclər və idman nazirliyinin voleybol mərkəzində keçiriləcək matç saat 18:00-da başlayacaq.
Komandalar arasında noyabrın 11-də Norveçdə baş tutan ilk görüşdə “Ordu” rəqibini 3:0 hesabı ilə məğlub edib.