“Azərbaycan idmanında ilkə imza atdım”

“Azərbaycan idmanında ilkə imza atdım”

Azərbaycan boksçusu Gülər Hüseynova yeniyetmələrin yay olimpiya oyunlarında gümüş medal qazanıb.

Allsport.az xəbər verir ki, gənc boksçu yarışdan sonra təəssüratlarını bölüşüb:

“Şükürlər olsun ki, finalda iştirak etdim. Azərbaycan idmanında bir ilkə imza atdım və qızlar arasında boks üzrə ilk yeniyetmələrin olimpiya medalını qazandım. Finaldakı rəqibim də, mən də çox güclü idik, lakin günün qalibi o oldu. Bu yolda üzərimdə əməyi olan ailəmə, şəxsi məşqçim Hüseyn Ağayevə və baş məşqçim İlkin Ağayevə dərin təşəkkürümü bildirirəm”.

Hüseynova yarışın yüksək səviyyədə təşkil olunduğunu və Seneqal xalqının qonaqpərvərliyini xüsusi vurğulayıb. O, qarşıda yeni hədəflərinin olduğunu və bu nəticə ilə kifayətlənməyəcəyini bildirib.

Həmin kateqoriyadan