DÇ-dən imtina

DÇ-dən imtina

ABŞ-nin 17 yaşadək futbolçulardan ibarət milli komandası regiondakı silahlı münaqişə riski səbəbindən Qətərdə keçiriləcək FİFA U-17 dünya çempionatından imtina edib.

Allsport.az xəbər verir ki, ABŞ futbol federasiyası turnirin başlamasına bir həftədən bir qədər çox vaxt qalmış futbolçulara göndərdiyi məktubda bu qərarı təsdiqləyib.

Federasiya addımını ABŞ dövlət departamentinin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Qətərə səfərləri yenidən nəzərdən keçirmək barədə tövsiyəsi ilə əsaslandırıb.

48 komandanın iştirakı ilə noyabrın 19-dan dekabrın 13-dək Qətərdə təşkil olunacaq mundialda ABŞ millisi Monteneqro, Çili və Əlcəzair yığmaları ilə birlikdə “J” qrupunda yer almışdı. Səudiyyə Ərəbistanında keçirilməli olan 2027-ci il Asiya kuboku da münaqişə səbəbindən təxminən bir il təxirə salınıb.

Həmin kateqoriyadan