- Baxış sayı: 36
- 13 Noyabr 2026 11:38
- Baxış sayı: 394
- Noyabr 09, 2026
- 0

İngiltərə millisinin hücumçusu Harri Keyn milli komandada keçirdiyi oyunların sayına görə yeni rekorda imza atıb.
Allsport.az xəbər verir ki, millətlər liqasının qrup mərhələsinin V turunda Xorvatiyaya qarşı keçirilən ev oyunu 33 yaşlı forvard üçün İngiltərə millisinin heyətində 126-cı matç olub.
Beləliklə, Keyn daha əvvəl birgə lider olduğu sabiq qapıçı Piter Şiltonun rekordunu geridə qoyub.
Keyn İngiltərə millisinin heyətində vurduğu 91 qolla da rekordçudur. O, 2021 və 2024-cü illərdə keçirilən Avropa çempionatlarının gümüş mükafatçısıdır. Həmçinin dünya çempionatları tarixinin ən məhsuldar beş futbolçusundan biri olan hücumçunun hesabında 14 qol var. Keyn 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında altı qolla turnirin bombardiri olub.