- Baxış sayı: 39
- 13 Noyabr 2026 23:51
- Baxış sayı: 413
- Noyabr 09, 2026
- 0

İngiltərə millisinin sabiq futbolçusu, “İnter Mayami” klubunun həmsahibi Devid Bekhem 2027-ci ildə ABŞ milli futbol şöhrət zalına daxil ediləcək.
Allsport.az xəbər verir ki, mərasim 2027-ci il aprelin 16-da Dallasda yerləşən “Toyota” stadionunda keçiriləcək.
Bekhem 2007-2012-ci illərdə ABŞ-ın “Los Anceles Qalaksi” klubunda çıxış edib. Bu müddətdə iki dəfə icarə əsasında “Milan”da oynayan ingiltərəli ulduz Kaliforniya təmsilçisi ilə iki dəfə MLS çempionu olub.
Bekhemlə yanaşı, Jozi Altidor, Lotar Osiander, Culi Bet Erts və Meqan Rapino da 2027-ci ildə ABŞ futbolunun şöhrət zalına daxil ediləcəklər.