Yeni iş yeri bəlli oldu

Yeni iş yeri bəlli oldu

“Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Andrey Demçenko yenidən Qazaxıstanın “Jenis” klubuna rəhbərlik edəcək.

Allsport.az xəbər verir ki, Astana təmsilçisi 50 yaşlı ukraynalı mütəxəssisin 2027-ci il mövsümü ərəfəsində komandaya qayıdışını rəsmən elan edib.

2025-ci ilin ikinci yarısında da bu kollektivi çalışdıran və çempionatı altıncı pillədə bitirən mütəxəssis 2026-cı ildə “Araz-Naxçıvan” və Gürcüstanın “İberiya 1999” klublarında işləyib. O, Tbilisi təmsilçisini konfrans liqasının liqa mərhələsinə daşıdıqdan sonra sentyabrın sonunda klubdan ayrılmışdı.

“Jenis” 2026-cı il Qazaxıstan çempionatını 36 xalla səkkizinci sırada tamamlayıb.

Həmin kateqoriyadan