Karyerasını başa vurur

Karyerasını başa vurur

“Qalatasaray”ın sabiq qapıçısı Fernando Muslera peşəkar futbolçu karyerasını bitirmək qərarına gəlib.

Allsport.az xəbər verir ki, hazırda Argentinanın “Estudiantes” klubunun şərəfini qoruyan 40 yaşlı uruqvaylı qolkiper Libertadores kubokunun finalından sonra futbolla vidalaşacaq.

Noyabrın 28-də Braziliyanın “Palmeyras” komandasına qarşı keçiriləcək həlledici görüş Musleranın doğma Montevideodakı “Sentenario” stadionunda son matçı olacaq.

Təcrübəli qapıçı yarımfinalda “Flamenqo” ilə oyunun penaltilər seriyasında 3 zərbəni dəf edərək “Estudiantes”in finala yüksəlməsində əsas pay sahibi olub. O, 2011–2025-ci illərdə formasını geyindiyi “Qalatasaray”la 8 dəfə Türkiyə çempionluğunu qazanıb.

Həmin kateqoriyadan