- Baxış sayı: 61
- 12 Noyabr 2026 17:09
- Baxış sayı: 409
- Noyabr 09, 2026
- 0

Polis polkovniki, Azərbaycan kikboksinq federasiyasının vitse-prezidenti Eduard Məmmədov Skopyedə keçirilən kikboksinqin VAKO versiyası üzrə Avropa çempionatında iki qızıl medal qazanıb.
Allsport.az xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı “Master Class” kateqoriyasında “Light Contact” və “Kick Light” növlərində birinci yeri tutub.
O, “Light Contact” versiyasında italiyalı La Mantia Alessandro və portuqaliyalı Kortes Emanuelini məğlub edərək qızıl mükafata sahib çıxıb.
E.Məmmədov “Kick Light” versiyasında isə macar Hasz Marton və La Mantia Alessandroya qalib gələrək fəxri kürsünün ilk pilləsinə qalxıb.
Beləliklə, o, ümümilikdə VAKO üzrə 13-cü dəfə Avropa çempionu olub. Məmmədov həm də 10 qat dünya çempionudur.