Fransada məşqçi istefası

Fransada məşqçi istefası

“Lans” baş məşqçisi Yannik Kauzakla yolunu ayırıb.

Allsport.az xəbər verir ki, liqa-1 təmsilçisi uğursuz nəticələr səbəbindən mütəxəssisi istefaya göndərib.

Sentyabrın 15-də baş məşqçi təyin olunan Kauzak bundan əvvəl yaydan etibarən klubda köməkçi məşqçi kimi çalışıb.

Onun rəhbərliyi altında “Lans” 9 oyun keçirib. Komanda bu görüşlərin 3-də qələbə qazanıb, 6-da isə məğlub olub.

“Lans” Fransa liqa-1-də 10 turdan sonra 13 xalla 11-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan