- Baxış sayı: 22
- 13 Noyabr 2026 11:38
- Baxış sayı: 392
- Noyabr 09, 2026
- 0

Belçika millisi UEFA millətlər liqasının A liqasının I qrupu çərçivəsində səfərdə Türkiyə yığmasını 2:1 hesabı ilə məğlub edib.
Allsport.az xəbər verir ki, qonaqların futbolçusu Kevin De Bruyne matçdan sonra fikirlərini bölüşüb.
Bir qolun müəllifi olan yarımmüdafiəçi Arda Gülərə yüksək qiymət verərək Türkiyə millisinin digər futbolçularının da daha çox məsuliyyət daşımalı olduğunu bildirib:
“Düzgün zamanda düzgün yerdə idim və qol vurdum. Arda Gülər möhtəşəm futbolçudur. Türkiyədə bütün diqqətimiz onun üzərində idi. Digər komanda yoldaşları da daha çox məsuliyyət götürməlidirlər. Çünki bütün məsuliyyət Ardanın üzərində idi. Biz də oyun planımızı buna uyğun qurmuşduq.
Arda Gülər dünyanın ən yaxşı klublarından birində çıxış edir və dünyanın ən yaxşı futbolçularından biridir”.