- Baxış sayı: 51
- 12 Noyabr 2026 20:44
- Baxış sayı: 400
- Noyabr 09, 2026
- 0

Bu gün Dəkərdə keçirilən yeniyetmələrin IV yay olimpiya oyunlarının bağlanış mərasimi təşkil olunacaq.
Allsport.az xəbər verir ki, Diamniadiodakı atletlər kəndində yerləşən “Village plaza”da baş tutacaq mərasim Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Mərasimdə gənc idmançılar olimpiya məşəlinin söndürülməsindən əvvəl sonuncu dəfə bir araya gələcəklər.
Bağlanış mərasimində Azərbaycanın üçrəngli bayrağını gender bərabərliyinə görə Oyunların gümüş mükafatçıları – boksçu Gülər Hüseynova (51 kq) və taekvondoçu Adil Kazımlı (-73 kq) daşıyacaqlar.
Xatırladaq ki, oktyabrın 31-də Dəkərdəki Abdulaye Vade stadionunda keçirilən açılış mərasimində Azərbaycan bayrağını üzgüçülərimiz – III MDB oyunlarının qalibi, VI İslam həmrəyliyi oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə və VI İslam həmrəyliyi oyunlarının bürünc medalçısı Məryəm Cavadova daşımışdılar.
Hazırda komandamızın aktivində 3 qızıl və 3 gümüş medal var. Qızıl medalları cüdoçu İbrahim Talıbov (-55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazanıblar. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq), taekvondoçumuz Adil Kazımlı (-73 kq) və boksçumuz Gülər Hüseynova (51 kq) isə Oyunları gümüş medalla başa vurublar. Komandamız hazırda bu nəticə ilə ümumi medal sıralamasındda 11-ci pillədə qərarlaşır.