- Baxış sayı: 43
- 12 Noyabr 2026 23:41
- Baxış sayı: 381
- Noyabr 09, 2026
- 0

Azərbaycan millisi UEFA millətlər liqasının “D” liqasında Lixtenşteynlə qarşılaşacaq.
Allsport.az xəbər verir ki, oyunöncəsi mətbuat konfransında yığmamızın müdafiəçisi Toral Bayramov fikirlərini bölüşüb:
“Bakıdakı oyun 0:0 hesabı ilə başa çatmışdı. Bu dəfə məqsədimiz daha yaxşı oyun göstərərək qələbə qazanmaqdır. Komandamıza inanıram, yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, hazırlığımızı meydanda nümayiş etdirərək qələbə qazanacaq və xalqımızı sevindirəcəyik”.
Lixtenşteyn – Azərbaycan görüşü sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.