- Baxış sayı: 36
- 12 Noyabr 2026 23:49
- Baxış sayı: 381
- Noyabr 09, 2026
- 0

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan gələcəkdə işləmək istədiyi klubun adını açıqlayıb.
Allsport.az xəbər verir ki, mütəxəssis “Yuventus”a rəhbərlik etmək istədiyini dilə gətirib:
“Marselo Lippi mənə deyirdi ki, hər zaman irəli bax. “Yuventus”a futbolçu kimi gəldiyim ilk vaxtlarda yaxşı oynamırdım və hər kəs məni tənqid edirdi. Amma Lippi ilə danışanda mənə inandığını dedi və motivasiyamı artırdı. Bundan sonra daha da çox çalışdım və özümü sübut etdim.
İndi isə məşqçiyəm. İşlədiyim yerlərdə nəticə əldə etməyi arzulayıram. Müəyyən qədər uğur qazanmışam. Gələcəkdə “Yuventus”u çalışdıra bilərəm? Niyə də olmasın? Bu klub mənə doğmadır və bir gün orada işləmək istərdim”.
Zidan 1996-2001-ci illərdə “Yuventus”un formasını geyinib.