Millimiz olimpiadanı 6 medalla başa vurub

Millimiz olimpiadanı 6 medalla başa vurub

Dəkərdə keçirilən yeniyetmələrin IV yay olimpiya oyunları Azərbaycan komandası üçün başa çatıb.

Allsport.az xəbər verir ki, komandamızın sonuncu təmsilçisi Abbas Hüseynov qılıncoynatmanın sablya növündə mübarizəyə qoşulub.

İdmançımız qrup mərhələsində keçirdiyi ilk görüşdə sinqapurlu Auv Eştona məğlub olsa da, sonrakı qarşılaşmalarda türkiyəli Candəniz Bərraq, seneqallı Cibril Queye, islandiyalı Ari Conasson, iraqlı Heydər Əl-Əsadi və qazaxıstanlı Aibar Kaıym üzərində qələbə qazanıb. Lakin növbəti mərhələdə gürcüstanlı Giorgi Uruşadzeyə uduzan qılıncoynadanımız mübarizəni dayandırıb.

Beləliklə, Azərbaycan komandası Dəkər-2026 yeniyetmələrin IV yay olimpiya oyunlarını 3 qızıl və 3 gümüş olmaqla, ümumilikdə 6 medalla başa vurub.

Qızıl medalları cüdoçu İbrahim Talıbov (-55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazanıblar. Çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq), taekvondoçu Adil Kazımlı (-73 kq) və boksçu Gülər Hüseynova (51 kq) isə oyunların gümüş medalına sahib olublar.

Həmin kateqoriyadan