- Baxış sayı: 36
- 13 Noyabr 2026 12:41
- Baxış sayı: 402
- Noyabr 09, 2026
- 0

“Neftçi”nin sabiq futbolçusu Andre Şinyaşiki karyerasını Braziliyada davam etdirəcək.
Allsport.az xəbər verir ki, 29 yaşlı hücumçu ölkəsinin “Santa Kruz” klubu ilə müqavilə razılığına gəlib.
Ötən mövsümün sonunda Bolqarıstanın “Arda” komandasından ayrılan braziliyalı futbolçu bir neçə aylıq fasilədən sonra yenidən yaşıl meydanlara qayıdacaq. Braziliyanın “B” seriyasına yüksələn “Santa Kruz” artıq yeni mövsümün heyətini formalaşdırmağa başlayıb. Şinyaşiki dekabrda komandanın mövsümöncəsi hazırlıq prosesinə qoşulacaq.
Andre Şinyaşiki 2023-cü ilin yayından 2025-ci ilin əvvəlinə qədər “Neftçi”də çıxış edib.