Məşqçiliyə geri dönür

Məşqçiliyə geri dönür

“Mançester Siti”nin sabiq baş məşqçisi Pep Qvardiola karyerasını ABŞ millisində davam etdirə bilər.

Allsport.az xəbər verir ki, federasiyada hazırkı baş məşqçi Maurisio Poçettinonun ayrılacağı təqdirdə, 55 yaşlı ispaniyalı mütəxəssisin dəvət olunması variantı fəal müzakirə edilir.

Argentinalı çalışdırıcı “Mançester Yunayted”də Maykl Karrikin mümkün əvəzləyicilərindən biri hesab olunur. Poçettino İngiltərə klubunun təklifini qəbul edərsə, ABŞ Qvardiolanı milliyə gətirmək üçün səy göstərəcək.

Qvardiola əvvəl “Barselona” və “Bavariya”ya da rəhbərlik edib.

Həmin kateqoriyadan