- Baxış sayı: 37
- 22 İyun 2026 17:20
- Baxış sayı: 63
- İyun 22, 2026
- 0

Peşəkar futbol liqasında struktur dəyişikliyi edilib. Allsport.az saytı xəbər verir ki, PFL-də yeni vitse-prezident postu yaradılıb. Artıq təyinat rəsmiləşdirilib. Uzun illərdir ki, burada çalışan Aslan Şahgəldiyev vitse-prezidenti təyin olunub.
O, 2004-cü ildən futbol sahəsində çalışır. O, 2004-cü ildən 2009-cu ilə qədər “Karvan” klubunda fəaliyyət göstərib. Azərbaycan çempionatının gümüş, bürünc medallarını qazanmış və avrokuboklarda mərhələ keçmiş komandanın idarə heyətində yer alıb.
Həmkarımız 2009-cu ildən bu günə qədər PFL-in mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri idi.