- Baxış sayı: 39
- 17 Mart 2025 19:19
- Baxış sayı: 82
- Mart 16, 2025
- 0
Milli olimpiya komitəsinin (MOK) inzibati binasında Avropa kəndirlə mübarizə federasiyasının (ETWF) nümayəndə heyəti ilə görüş olub.
Allsport.az xəbər verir ki, görüşdə komitənin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, idman idarəsinin müdiri Həsənağa Rzayev, ETWF prezidenti Ralf Brauninger, qurumun baş katibi Anders Andersson, Azərbaycan kəndirlə mübarizə idmanı cəmiyyəti ictimai birliyinin idarə geyətinin sədri Elnur Şıxəliyev iştirak ediblər.
Azər Əliyev ölkədə idmanın inkişafı istiqamətində görülən işlər və qazanılan uğurlar barədə qonaqlara ətraflı məlumat verib. O, bildirib ki, MOK ETWF-ə Azərbaycanda bu idmanın inkişafı üçün lazımi dəstək göstərməyə hazırdır.
Səmimi görüşə görə təşəkkürünü bildirən ETWF-nin prezidenti almaniyalı Ralf Brauninger ölkəyə səfəri barədə danışıb.
Ralf Brauninger səfər çərçivəsində kəndirlə mübarizə idman növünün inkişafı üçün bir sıra görüşlərdə iştirak etdiyini qeyd edib.
O, martın 9-da Abşeron OİK-də idmançılar, məşqçilər və hakimlər üçün seminar keçirildiyini qeyd edərək öz təcrübəsini yerli idmançılarla bölüşdüyünü bildirib.
Ralf Brauninger həmçinin, iyun ayında Bakıda kəndirlə mübarizə idman növü üzrə beynəlxalq səviyyəli “Turan” kubokunun keçirəcəyini bildirib.
Görüş zamanı Azərbaycanda kəndirdartma idman növünün inkişafı istiqamətində görülən işlər, Avropa kəndirlə mübarizə federasiyası ilə əməkdaşlıq imkanları və digər məsələlər müzakirə olunub.