Ədalətli olanlar mükafatlandırıldı

19 may – dünya ədalətli oyun günü ilə əlaqədar Milli olimpiya komitəsinin ədalətli oyunlar komissiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş mükafatlandırma keçirilib.

Allsport.az saytı xəbər verir ki, mərasimdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftəheddinova, Fərid Mansurov, AzƏOK sədri Xəzər İsayev, millət vəkilləri, MOK-un icraiyyə komitəsinin, eləcə də idmançılar komissiyasının üzvləri, olimpiya mükafatçıları, tanınmış idmançılar və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər idmanda ədalət, hörmət, dürüstlük və bərabər imkanlar prinsiplərinin təşviqinin çox zəruri və dəyərli olduğunu vurğulayıblar.

Sonda idman ictimaiyyətinin nümayəndələrinə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib.

Həmin kateqoriyadan