Ayxan Abbasov: Ən çətin mətbuat konfransına gəlmişəm

“Bəlkə də məşqçilik dövründə ən çətin mətbuat konfransına gəlmişəm. Çünki deməyə bir sözüm yoxdur”.

Allsport.az saytı xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov, premyer liqanın 14-cü turunda evdə “Keşlə”yə 1:3 hesabı ilə uduzduqları matçından sonra deyib. 40 yaşlı mütəxəssis oyuna yaxşı hazırlaşdıqlarını bildirib:

“Xeyli qol epizodu yaratsaq da, istifadə edə bilmədik. Uğursuzluqdan hər kəs günahkardır. Mən baş məşqçi olaraq günahkaram, güvəndiyimiz futbolçular da öz sahələrində.

Qış fasiləsinə yollanırıq. Bu duruma düşmüşüksə, səhvlərimizi analiz edərək, vəziyyətdən çıxmaq lazımdır. Hər bir komandada belə hallar yaşana bilər. Bu gün rəqib bizdən istəkli idi. Ola bilər ki, epizodların qolla nəticələnməməsi oyunçulara mənfi təsir etdi”

Həmin kateqoriyadan