Ayxan Abbasov: Təəssüf ki, buraxdığımız 2 səhv psixoloji təsir etdi

Bu gün premyer liqanın 8-ci turunda “Turan Tovuz” evdə “Zirə”yə 1:3 yenilib. Allsport.az saytı mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun açıqlamasını nəzərinizə çatdırır: ““Zirə”ni təbrik edirəm. Azarkeşlərimizə təşəkkürümü bildirirəm. Məğlub olmağımıza baxmayaraq, sona kimi bizi dəstəklədilər. Buna ehtiyacımız var.

Xal qazana bilərdik. İlk qolu da biz vurduq. Təəssüf ki, buraxdığımız 2 səhv psixoloji təsir etdi. İkinci hissənin ilk dəqiqələrində qol buraxmağımız bütün planları pozdu. Sistemdə də dəyişiklik edərək hücumameylli futbolçuları buraxıb dönüş yaratmaq istədik amma təəssüf ki, rəqibin müdafiəsini yara bilmədik.

Oturuşmuş heyətə malik komandalara qarşı mübarizə aparmaq həqiqətən çətindir. İnkişaf etmək istəyiriksə belə oyunlardan da keçməliyik. Qarşıdakı oyunlara hazırlaşacağıq. Çətin qrafikimiz var. Bu ay 5 oyunumuz var. Çalışacağıq ki, qarşıdakı oyunlarda xal və ya xallar qazanaq”.

Həmin kateqoriyadan