“Azərbaycanlı qardaşlarımızı Türkiyəyə dəstək olmağa səsləyirəm”

Türkiyə futbol federasiyasının prezidenti Nihad Özdəmir AVRO-2020-də kçirəcəkləri oyunlar barədə danışıb. Allsport.az xəbər verir ki, o, Bakıda keçirəcəkləri matçlarda azarkeşlərdən dəstək istəyib:

“Təəssüf ki, İtaliyaya azarkeş aparmaqda çətinlik çəkirik. Burda həm viza ilə bağlı problemlər var, həm də bizə ayrılan yer azdı. Amma Bakıda elə olmayacaq. Bütün türkiyəli azarkeşləri, azərbaycanlı qardaşlarımızı bu oyunlarda millimizə dəstək olmağa səsləyirəm. Onları bu matçlarda gözləyirik, milli komandamızı dəstəkləmələrini istəyirik. Belə də olacağına inanıram. Çünki biz həmişə “tək millət, iki dövlət” deyirik. Bir yerdə milli komandamıza dəstək olacağıq. Yaxşı xallar qazanaraq qrupdan çıxacağıq. Azarkeşlərin dəstəyi ilə milli komandamız daha yaxşı oynayıb, nəticələr əldə edəcək”.

Türkiyə yığması ilk oyununu Romada İtaliyaya qaşrı keçirəcək. Daha sonra komanda Bakıda Uels və isveçrə ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan