Bəhlulda yubiley oyunu

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə ölkə çempionatında 100-cü matçını keçirib. Allsport.az saytı xəbər verir ki, 25 yaşlı müdafiəçinin yubileyi premyer liqanın 7-ci turunda “Zirə” ilə səfər oyununa təsadüf edib.

O, indiyədək 4 qol vurub. Müdafiəçi elə bu sayda klubun heyətində çıxış edib. 2016/17 mövsümündə “Sumqayıt”da debüt edən Bəhlul, 20 (2 qol), “Qəbələ”də 23 (1 qol), “Sabah”da 35 (1 qol), “Qarabağ”da 22 dəfə meydanda olub.

“Zirə” – “Qarabağ” matçında qonaqlar 7:1 qələbə qazanıb.

Həmin kateqoriyadan