Bakıda “FİFA-22”

“FİFA-22” üzrə ən böyük PS4 turniri indi Bakıda! Qeydiyyatdan keçməyə tələs! Bacarıqlarınıhamıya göstər, PS5 qazanmaq şansını qaçırma.

Stadionda canlı oyun izləyirmiş hissini verən “FİFA” oyununuhansı futbol həvəskarı sevmir ki? Yəqin, bu il onların gözüoktyabr ayında təqdim ediləcək “FIFA 22” oyununda idi. İndi isədekabr ayını da səbrsizliklə gözləmək üçün daha bir səbəb var: “FİFA-22” üzrə ən böyük “PS4” turniri bu il Bakıda keçiriləcək!

Dekabr ayının 4-ü başlayacaq turnirin 12 dekabrda bitməsiplanlaşdırılıb. Yarışlara hazırlaşmaq üçün xeyli vaxtın olsa da, unutma ki, oyunlar “PlayStation-4” ilə oynanılacaq: təcrübəniartırmaq üçün bu oyuna üz tut.

1 həftə davam edəcək seçim mərhələsinin keçiriləcəyi məkanınsənə rəqabət və qalibiyyət hissi qatacağına əminik — “QarabağPlayStation Club”.

Seçim mərhələsindən keçənlər isə 12 dekabr tarixində “Park Cinema” kinoteatrının nəhəng ekranında oynanılacaq final oyunlarına bilet qazanacaq.

Bütün iştirakçıları unudulmaz təcrübə və əyləncəli rəqabətgözləyir. Üstəlik, qalib olsan, evə özün ilə “PlayStation 5” oyununu da aparacaqsan. Bu şansı qaçırma deyərdik!

Qeydiyyat artıq yaşı 18-dən yuxarı olan hər kəsə açıqdır. Əlavə heç nəyə ehtiyac yoxdur, bacarıqlarına güvənirsənsə, elə indipulsuz qeydiyyatdan keç, oyununu hamı görsün!

Həmin kateqoriyadan