“Bakıya ailəm, hətta balaca itim də gəlib. Hamımız burada xoşbəxt yaşayacağıq”

“Azərbaycana qayıtmağıma, bu cür komandanın şərəfini qorumağıma şadam. Qarşıda bizi təlim-məşq toplanışı gözləyir. Bundan sonra keçirəcəyimiz ilk rəsmi oyuna 100 faiz hazır olacağam”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Neftçi”nin yeni transferi Eddi İsrafilov deyib. 30 yaşlı yarımmüdafiəçi Azərbaycan dilini bilmədiyini etiraf edib:

“Burada yaşadığım müddətdə əsas məqsədlərimdən biri bu dili öyrənmək, daha mükəmməlləşdirmək olacaq. Anam 3-4 yaşımadək mənimlə rus dilində danışıb. Ona görə rus dilini bir az bilirəm. Amma çox istifadə etmədiyimə görə artıq unuduram”.

O, Azərbaycana ailəsi ilə birlikdə gəldiyini vurğulayıb: “Qızım yenicə dünyaya göz açıb. Bakıya ailəm, hətta balaca itim var, o da gəlib. Hamımız burada xoşbəxt yaşayacağıq”.

Futbolçu, “ağ-qaralar”dan gələn təklifə anası İradə İsrafilovanın da çox sevindiyini əlavə edib: “Bunlar şəxsi məsələlərdir, ona görə də çox danışmaq istəmirəm”.

Eddi israfilov “Neftçi” ilə 2,5 illik müqavilə imzalayıb.

Həmin kateqoriyadan