Bakıya bu heyətlə gəlirlər

Bakıya bu heyətlə gəlirlər

Futbol üzrə Qətər millisinin Serbiya və Azərbaycanla yoxlama oyunları üçün heyəti açıqlanıb.

Allsport.az xəbər verir ki, Qətər yığmasının baş məşqçisi Feliks Sançes 27 futbolçuya dəvət göndərib:

Qapıçılar: Saad Əl-Şib, Meşaal Barşam (hər ikisi “Əl Sədd”), Mahmud Abunada (“Əl Arabi”), Salah Zakaria (“Əl-Duhail”);

Müdafiəçilər: Pedro Migel, Abdelkarim Hassan, Tarek Salman, Ahmed Suhail, Musab Xeder, Salem Əl-Hacri (hamısı “Əl Sədd”), Bassam Əl-Ravi (“Əl-Duhail”),Tamim Əl-Muhaza, Homam Ahmed (hər ikisi “Əl-Qarafa”);

Yarımmüdafiəçilər: Bualem Xuxi, Məhəmməd Vaad, Tarek Salman (hamısı “Əl Sədd”), Assim Madibo, Karim Budiaf, İsmayıl Məhəmməd, Abdulla Əl Ahrak (hamısı “Əl-Duhail”), Ahmed Fathi (“Piramidz”, Misir), Abdulaziz Hatem (“Əl-Rayyan”), Xalid Munir (“Əl-Bakra”);

Hücumçular: Əkrəm Afif, Hassan al-Haydos (“Əl Sədd”), Məhəmməd Muntari, Almoez Əli (hər ikisi “Əl-Duhail”).

Noyabrın 11-də Belqradda Serbiyanın qonağı olacaq Qətər yığması üç gün sonra Bakıda Azərbaycan millisiylə üz-üzə gələcək.

Həmin kateqoriyadan