- Baxış sayı: 40
- 19 May 2026 12:07
- Baxış sayı: 55
- May 18, 2026
- 0

“Barselona” və “Atletiko” arasında mövsümün 5-ci görüşünün sakit keçəcəyini az adam gözləyirdi. Allsport.az saytı xəbər verir ki, matçdan əvvəl də Kataloniya paytaxtının küçələrində gərginlik artmışdı: azarkeşlər “Nou Kamp” stadionunun yaxınlığında “hindular”ın avtobusuna daş atıblar.
Arenanın yaxınlığında gücləndirilmiş təhlükəsizlik tədbirlərinə baxmayaraq, azarkeşlər kordonu yarıb keçiblər. Madrid təmsilçisi avtobusuna hücumu təsdiqləyib. Pəncərələr sındırılıb və içəridə zibillər yayılıb. Xoşbəxtlikdən, Dieqo Simeonenin işçilərindən və ya oyunçularından heç biri xəsarət almayıb.
“Atletiko” sosial mediada hadisəni lağa qoyub: “Ayın uzaq tərəfini gördük, NASA”.