“Əl Turko” primeroya qayıtdı

“Deportivo” sequndanın 41-ci turunda səfərdə “Real Valyadolid”ə 2:0 hesabı ilə qalib gəlib. 

Allsport.az saytı xəbər verir ki, bu nəticə La Korunya klubu mövsümün sonuna qədər ən azı 2-ci yeri və beləliklə, yüksəlişi təmin edib. “Əl Turko” gələn mövsüm La liqada “Racinq” ilə birlikdə oynayacaq.

“Deportivo”, İspaniya çempionatının yüksək divizionuna ən çox – 12 dəfə – çıxan klub kimi “Betis”lə eyni sıradadır.

Həmin kateqoriyadan