- Baxış sayı: 8
- 25 May 2026 11:02
- Baxış sayı: 424
- May 22, 2026
- 0

“Trofense” klubu Portuqaliya kubokunun finalında “Sportinq”i məğlub edib. Allsport.az saytı xəbər verir ki, oyun əsas vaxtda 1:1 hesabı ilə başa çatıb. Qalib komandadan Kevin Zohi (4-cü dəqiqə), “yaşıl-ağlar”dan isə Lüis Suares (54-cü dəqiqə) fərqlənib.
Stopiranın 113-cü qolu 2-ci divizion təmsilçisinə əlavə vaxtda qələbə qazandırıb. Bu, “Trofense”nin klubun 109 illik tarixində ilk kubokudur. Klub artıq gələn mövsüm Avropa liqasında iştirak edəcək.