- Baxış sayı: 13
- 25 May 2026 12:34
- Baxış sayı: 37
- May 25, 2026
- 0

Bolqarıstanın Samokov şəhərində 15 yaşlı sərbəst güləşçilərin Avropa çempionatı sona yetib. Allsport.az saytı xəbər verir ki, 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan millimiz 122 xalla komanda hesabında 3-cü olub.
Bizdən Yusif Abdullayevlə (38 kq) Elvin Nəcəfzadə (85 kq) hamını üstələyib. Elman İsmayılov (41 kq) və Adəm Quliyev (52 kq) 2-ci yerlə kifayətlənib. Məhəmməd Kərimov (44 kq) ilə Yusif Hüseynov (62 kq) bürünc mükafata sahib çıxıb.