- Baxış sayı: 36
- 25 May 2026 17:10
- Baxış sayı: 47
- May 25, 2026
- 0

Türkiyənin köklü klublarından olan “Bursaspor”un Toral Bayramovun keçidində ciddi maraq göstərməsi, həmçinin millinin futbolçusunun özünün legionçu həyatı yaşamaq və çıxışını yurd dışında davam etdirmək istəyi, bu transferin gerçəkləşməsində mühüm rol oynayıb.
Allsport.az saytı xəbər verir ki, belə olan halda, “Qarabağ” onun keçidi ilə bağlı “Bursaspor” klubunun təklifini müsbət cavablandırıb.
Tərəflər arasında aparılan danışıqların uğurla yekunlaşması və futbolçunun legioner karyerasını davam etdirmək istəyinə hörmətlə yanaşılması nəticəsində tərəflər arasında razılıq əldə olunub.
2020-ci ildən əsas komandamızda çıxış edən Toral bu müddətdə 254 oyunda 37 qol vurub. O, komandamızla 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Bayramov millidə keçirdiyi 40 oyunda 5 qol vurub.