- Baxış sayı: 8
- 25 May 2026 11:02
- Baxış sayı: 424
- May 22, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi kimi son oyununu keçirən və “Aston Villa”ya 1-2 hesabı ilə məğlub olan Pep Qvardiola oyundan sonra jurnalistlərə açıqlama verib:
“Sizə bunu deyəcəyəm: Unay Emeri inanılmaz məşqçidir. Onlar premyer liqada iddialı olacaqlar. Ağlamıram. Amma Bernardo Silvanın ağladığını görəndə ağladım. Ona dedim ki, “Ağlama!” Amma sonra özüm də ağladım.
Bu vida “Barselona”dan ayrıldığım vaxtla necə müqayisə olunur? Oxşar. Amma məni bağışlayın… “Barselona”ya olan sevgim xüsusidir. Orada topu sevən oğlan idim. “Barselona” azarkeşiyəm. Onlar mənə hər şeyi öyrətdilər.
Özümü çox sevildiyimi hiss edirəm. Amma ayrılmaq üçün doğru zamandır”.