“Heç vaxt bu barədə xəyal qurmamışam”

“Heç vaxt bu barədə xəyal qurmamışam”

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş premyer liqada yeni rekord vurduqdan sonra hissini bölüşüb.

Allsport.az saytı xəbər verir ki, 31 yaşlı portuqaliyalı 38-ci turunda “Brayton” üzərində 3:0 hesablı qələbə qazandıqları oyunda 21-ci məhsuldar ötürməsini edib. O, hər birində 20 məhsuldar ötürmə edən Tyerri Anri (2002/03) və Kevin de Brüynenin (2019/20) uğurlarını keçib:

“Bu, fantastikdir (məhsuldarlıq rekordunu qırmaq). Mən buna həqiqətən şadam. Əlbəttə ki, bu, çox qürurverici bir andır. Bu yaxınlaşana qədər heç vaxt bu barədə xəyal qurmamışam və ya düşünməmişəm”.

Həmin kateqoriyadan