“Bakının qardaşı”nı tərk etdi

“Napoli”nin baş məşqçisi Antonio Konte klubdan ayrıldığını açıqlayıb.  Allsport.az saytı xəbər verir ki, italiyalı məşqçi bunu seriya “A”nın 38-ci turunda “Udineze”yə qarşı 1:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında deyib.

O, 2 il əvvəl Bakının qardaş şəhərinin təmsilçisinə rəhbərlik etməyə başlayıb və klubu 2024/25 mövsümündə İtaliya çempionluğuna daşıyıb və 2025-ci ildə İtaliya super kubokunu qazandırıb.

“Napoli” ötən mövsüm 76 xalla 2-ci yeri tutub.

Həmin kateqoriyadan