“Belə oynayırıqsa, qələbəyə layiq deyilik”

“Neftçi” premyer liqanın 3-cü turunda səfərdə “Sabah”a 1:2 uduzub. Allsport.az saytı xəbər verir ki, görüşdəm sonra qonaqların baş məşqçisi Laurentsiu Regekampf bunu deyib:

“Biz tərəfdən çox pis oyun oldu. Ürəksiz, həvəssiz… Demək olar, heç nə yox idi. Bu oyunu futbolçularımla bərabər analiz edəcəyik. Belə oynayırıqsa, qələbəyə layiq deyilik. Daha yaxşı oynamalıyıq. Komandada kifayət qədər keyfiyyətli futbolçular var. Hər matça tam hazır olmalıyıq.

Oyuna belə yanaşırsansa, qələbə qazanmaq imkanın yoxdur. Pis oynasaq belə, ilk hissədə matçın taleyini həll edə bilərdik. Oyunun sonlarında baş verən epizodlar olmalı deyildi. İrəliyə baxmalıyıq. Sabahdan bu görüşü təhlil edəcəyik. Daha çox çalışacağıq”.

Həmin kateqoriyadan