“Beşikdaş”ın ulduzuna Rusiyadan 2 talib

Qış transfer dövründə “Beşikdaş”dan ayrılacaq futbolçularla bağlı irəliləyiş var. Allsport.az saytı xəbər verir ki, Rusiyanın 2 komandasından N’Koudouya elçi düşməsinə, baş məşqçi Şənol Günəş mənfi reaksiya verib.

2019-cu ildə İngiltərənin “Tottenhem” klubundan 4,5 milyon avro qarşılığında transfer edilən kamerunlu cinah oyunçusu “ağ-qaralar”dan ildə 1 milyon 600 min avro qazanır. İstanbuk klubuna 10 milyon 900 min avroya başa gələn 28 yaşlı futbolçu ilə “Adana Dəmirspor” da maraqlanır. Ancaq danışıqlar hələlik dondurulub.

Rusiya premyer liqasından isə, “Rostov” və Moskva “Dinamo”su ona talib olub.

Həmin kateqoriyadan