“Bibiheybət” zavodunun ərazisində futbol meydançasının açılışı olub

“Azərbaycan Xəzər dəniz gəmiçiliyi” QSC-nin “Bibiheybət” gəmi təmiri zavodunun ərazisində tikilən mini futbol meydançasının açılışı olub.

Allsport.az saytı xəbər verir ki, tədbirdə zavodunun direktoru Nəsib Qəhrəmanov, direktor müavini Namiq Nurməmmədov, ASCO-nun sosial inkişaf və nəqliyyat şöbəsinin rəisi İlqar Oruclu, şöbənin əməkdaşları İxtiyar Asyabi, Ramal Niyazov iştirak ediblər.

“Səbail” klubundan müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədov, Klubun icraçı direktoru Fərəc Əliyev və futbolçusu Rauf Əliyev qatılıblar.

Həmin kateqoriyadan