“Bir Azərbaycanlılar” flaqmanın rekordunu qırdı

“Qarabağ” tarixində 5-ci dəfə mövsümə 4 qələbə ilə başlayıb. Allsport.az saytı xəbər verir ki, “köhlən atlar” premyer liqanın 5-ci turunda “Kəpəz”i 1:0 yenib. Klubun hələ 1 matçı təxirə salınıb.

Əvvəlki turlarda “Səbail”i 3:1, “Sumqayıt”ı 2:0, “Şamaxı”nı 4:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi, startda qələbə sıralamasını 4-ə çatdırıb. “Qarabağ” bunadək dörd dəfə belə uğurlu başlanğıca nail olub. 2003/04, 2013/14, 2017/18 və 2019/20 mövsümlərində də bölgə təmsilçisi ilk 4 qarşılaşmada 12 xal yığıb.

“5”ə çatan “Qarabağ” bununla da “Neftçi”ni arxada qoyub. Bakılılar dörd dəfə çempionata 4 qələbə ilə start verib. “Ağ-qaralar” 1992, 1994/95, 1996/97 və 2000/01 mövsümlərinə belə başlayıb.

Xatırladaq ki, komandamız yeni mövsümdə milli idman geyim brendi “İL’AZERO” ilə anlaşıb. İtalyanca “Bir Azərbaycanlı” adlanan şirkətin rəhbəri ölkəmizdə yeganə beynəlxalq voleybol agenti İlqar İmamquliyevdir.

Həmin kateqoriyadan