“Bir az narahatlıq vardı”

“Qarabağ” premyer liqanın 14-cü turunda öz meydanında “Zirə”yə 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov bunu deyib:

“Vacib qələbə qazandıq. Bir az narahatlıq vardı. Son oyun idi. Hamının fikrində nə vaxt evə getmək var idi. Bəlkə də, bəzi epizodlarda hiss olundu. Amma sona qədər rəqib çətin oyuna məcbur elədi. Futbolçularım möhtəşəm mövsüm keçirdilər.

Çox zəhmət çəkdilər, çətinliklərdən keçdilər. Amma özlərini peşəkar, kişi, əsl idmançı kimi apardılar. Ümumi nəticələrimiz də pis olmadı. Rəşad Sadıqovun komandasının da çox yaxşı oyun üslubu var”.

Həmin kateqoriyadan